"Qarabağ" "Zirə"ni məğlub etdi

İdman

23.09.2019 - 22:31

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub

 

Turun son oyununda "Zirə" "Qarabağ"ı qəbul edib. AYNA xəbər verir ki, Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşdə ilk qolu 12-ci dəqiqədə Maqaye Qeye vurub. 41-ci dəqiqədə "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero fərqi 2 topa çatdırıb. 44-cü dəqiqədə "Zirə"nin heyətində Anastasios Papazoqlu avtoqol müəllifi olub. 88-ci dəqiqədə isə meydan sahibləri təsəlli qolunu vura biliblər. Xulio Rodrigez cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Bu nəticədən sonra 15-ci xalını qazanan "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Zirə" isə 7 xalla 3-4-cü yerləri bölüşdürür.

 

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "Keşlə" ilə (0:0), "Qəbələ" "Səbail"lə heç-heçə (1:1) edib. "Sumqayıt" isə "Sabah"ı minimal hesabla üstələyib - 1:0.

 

Müəllif: Ayna.az