Pekin ABŞ-ı Ukraynaya silah tədarükünü dayandırmağa və Rusiya ilə dialoqa başlamağa çağırıb
Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Janq Jun ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmağa və davamlı sülhün əldə edilməsi naminə dialoqa başlamaq üçün səy göstərməyə çağırıb. Bildirib ki, sülh sanksiyalar və vəziyyətin gərginləşməsi yolu ilə əldə edilə bilməz. AYNA xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
“Qərb ölkələri oda yanacaq tökməyi dərhal dayandırmalı və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dayandırmalıdır. Bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz. Regional təhlükəsizlik isə hərbi qruplaşmaları gücləndirməklə, hətta genişləndirməklə təmin edilə bilməz. Bütün ölkələrin maraqları bir-birinə bərabərdir”, - daimi nümayəndə bildirib.
Jun həmçinin bildirib ki, Moskva və Kiyev arasında münaqişənin siyasi həlli imkanlarını qorumaq üçün “Rusiyaya qarşı təzyiq, böhtan və birtərəfli sanksiyalar əvəzinə NATO dialoqa davam etməlidir”.