Bakıda təhsil alan Çin vətəndaşının karantin müddəti isə bu gün bitir
Təhlükəli koronavirusla bağlı Azərbaycanda qabaqlayıcı tədbirlər görülür. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. AYNA xəbər verir ki, birgə məlumatda deyilir:
"Bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Onlardan biri Çində təhsil alan, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan, 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Xəstəxanaya yerləşdirilən daha bir nəfər Çində təhsil alan, 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
Çində təhsil alan, 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan, 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur".