Son sutka ərzində 46 nəfərdə koronavirus aşkarlanıb
Son 24 saat ərzində Çində, 34-ü xarici vətəndaş olmaqla, 46 nəfərdə COVID-19 aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi açıqlama yayıb.
Yoluxan çinlilərin 5-nin Quanqdonq, 4-nün Heylonqsianq, 3-nün isə paytaxt Pekindən olduğu bildirilir. Bununla da Çində koronavirusdan əziyyət çəkən xarici vətəndaşların sayı 1534-ə çatıb. 898 xəstənin müalicəsi isə davam edir.
Çində koronavirusa yoluxanların ümumi sayı 82341, sağalanların sayı 77892 nəfərdir. Bu günə qədər 3342 nəfər isə pandemiyadan həyatını itirib.