Çində məktəb yataqxanasında yanğın olub, 13 nəfər ölüb

Dünya

20.01.2024 - 08:19

cedabet dərman SEO Xidməti

Çində məktəb yataqxanasında güclü yanğın baş verib

Çinin Henan əyalətinin Nanyan şəhərinin Fançen qəzasında məktəb yataqxanasında baş vermiş yanğın 13 nəfərin ölümünə səbəb olub.

AYNA xəbər verir ki, bu barədə ölkənin “Sinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 23:00-da yanğın barədə müvafiq xidmətə məlumat verilib, 23:38-də yanğın tamamilə söndürülüb. Hadisədə həmçinin bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş