Çində koronavirusla bağlı son vəziyyət

Dünya

10.12.2020 - 08:27

Ölkədə 285 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 673-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 754 xəstə sağalıb.

 

Ölkədə 285 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az