Çində koronavirusla bağlı son vəziyyət

Dünya

04.12.2020 - 09:16

Ölkədə 271 aktiv koronavirus xəstəsi var 

 

Çində son sutka ərzində daha 17 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 584-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 679 xəstə sağalıb.

 

Ölkədə 271 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az