Çində koronavirusla bağlı son vəziyyət

Dünya

28.11.2020 - 10:23

Ölkədə 285 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 6 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 501-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 582 xəstə sağalıb.

 

Ölkədə 285 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az