Çində koronavirusla bağlı son vəziyyət

Dünya

10.09.2020 - 09:13

Ölkədə koronavirusa yoluxanların sayı 85 153-ə çatıb

 

Çində son sutka ərzində daha 7 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

 

AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 153-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

 

Ümumilikdə 80 358 xəstə sağalıb. Ölkədə 161 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az