Çində koronavirusla bağlı son vəziyyət

Dünya

20.05.2020 - 09:55

Ölkənin tibb müəssisələrində 87 nəfərin müalicəsi davam etdirilir

 

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 3 pasiyent sağalıb, ölən olmayıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, yoluxma hallarından 4-ü ölkə daxilində (hamısı Tszilin əyalətində), 1-i isə xaricdən gələn şəxsdə aşkarlanıb (Daxili Monqolustan Muxtar Rayonunda).

 

Ölkənin tibb müəssisələrində 87 nəfərin müalicəsi davam etdirilir, onlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir. 

 

Çində ümumilikdə 82 965 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 244 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

Müəllif: Ayna.az