Çin yeni virusun ortaya çıxmasını təkzib edib

Dünya

27.11.2023 - 12:14

cedabet dərman SEO Xidməti

Səhiyyə Nazirliyi: “Ölkədə xəstəliklərin artması yeni virusla bağlı deyil, qriplə əlaqəlidir”

Çində başlayan xəstəliklərin artmasına yeni bir virus deyil, qrip və digər məlum xəstəliklər səbəb olur. AYNA “Politico”ya istinadən xəbər verir ki, bu barədə Çin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Müvafiq klinikaların və müalicə müəssisələrinin artırılması, xidmət saatlarının uzadılması və dərman təminatının artırılması üçün səylər göstərilməlidir", - nazirliyin sözçüsü Mi Fenq bildirib.

Fenq həmçinin insanların sıx toplaşdığı yerlərdə, xüsusən məktəblərdə maska ​​rejiminə riayət etməyi, xəstəliklərin qarşısının alınmasına diqqət yetirməyi tövsiyə edib.

Çin üçün qışda bu xəstəlik dalğası COVID-19 pandemiyasının səbəb olduğu məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilkdir.

Bundan əvvəl Çin alimləri tropik Haynan adasında insanlar üçün potensial təhlükə yaradan səkkiz yeni virus aşkar ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş