Görüşün təxirə salınması qərarı "sakit qıcıqlanma"dan ictimai tənqidə qədər müxtəlif reaksiyalarla qarşılaşıb
Çin ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə görüşünü təxirə salmaq qərarından məyus olub. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-ın İrana qarşı əməliyyatı səbəbindən sammitin təxirə salınması qərarı Çində "sakit qıcıqlanma"dan ictimai tənqidə qədər müxtəlif reaksiyalarla qarşılaşıb. Keçmiş yüksək vəzifəli ABŞ diplomatı və Asiya Cəmiyyəti Siyasət Araşdırmaları İnstitutunun vitse-prezidenti Denni Rassel qeyd edib ki, Pekin "qəfil, son anda ləğvi hörmətsizlik" kimi qiymətləndirir.
Nəşr bildirir ki, "bu məqamda məyusluq hiss olunur".
Tramp əvvəllər 2026-cı ilin aprelində Çinə səfər etmək niyyətində olduğunu bildirmişdi. Lakin o daha sonra ABŞ-İran müharibəsi fonunda Çin tərəfindən Si Cinpinlə görüşü təxirə salmağı xahiş edib.