Çin Tayvanın yaxınlığında hərbi təlimlər keçirəcək

Dünya

29.12.2025 - 13:02

Beş dəniz ərazisində və hava məkanında genişmiqyaslı döyüş atışları təlimləri planlaşdırılıb

Çin Xalq Azadlıq Ordusunun Şərq Zonası Döyüş Komandanlığı 30 dekabrda Tayvan yaxınlığındakı beş dəniz ərazisində və hava məkanında genişmiqyaslı döyüş atışları təlimləri keçirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər yerli vaxtla səhər saat 8:00-dan axşam saat 6:00-dək keçiriləcək.

Komandanlıq Tayvan boğazı, Şərqi Çin dənizi, Cənubi Çin dənizi və Filippin dənizində yerləşən beş təlim sahəsinin dəqiq koordinatlarını dərc edib.

Təhlükəsizlik səbəblərinə görə, bütün icazəsiz gəmilərə və təyyarələrə döyüş atışları təlimləri zamanı təyin olunmuş sulara və hava məkanına girməkdən çəkinmək tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş