Çin Qrenlandiya ilə bağlı ABŞ-a müraciət edib

Dünya

19.01.2026 - 18:30

Rəsmi Pekin ABŞ-ı Qrenlandiya ətrafındakı vəziyyətdə Çin təhdidini şişirtməməyə çağırıb

Pekin ABŞ-ı Qrenlandiyaya qarşı hərəkətlərini haqlı çıxarmaq üçün "Çin təhdidi"ndən istifadə etməyi dayandırmağa çağırır. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Quo Ciakun “RİA Novosti” agentliyinə bildirib.

Diplomat ada ətrafındakı vəziyyəti şərh edərkən deyib ki, "biz ABŞ-ı öz maraqlarını təmin etmək üçün sözdə "Çin təhdidi"ndən bəhanə kimi istifadə etməyi dayandırmağa çağırırıq".

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO və Danimarkaya müraciət edərək, adaya hərbi ambisiyaları olduğu iddia edilən Rusiya və Çini Qrenlandiyadan "çıxarmalarını" tələb edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş