“Ukraynadakı böhranın əsas həlli balanslaşdırılmış, effektiv və dayanıqlı yeni təhlükəsizlik arxitekturasının yaradılmasına kömək etməkdir”
Çin lideri Si Cinpin hesab edir ki, Ukrayna böhranını həll etmək, qlobal təhlükəsizliyin təmin edilməsi üçün yeni effektiv struktur formalaşdırmaq lazımdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu təkliflə Çin lideri Rusiya Prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşdə deyib.
“Ukraynadakı böhranın əsas həlli balanslaşdırılmış, effektiv və dayanıqlı yeni təhlükəsizlik arxitekturasının yaradılmasına kömək etməkdir”, deyə Cinpin vurğulayıb.
Xəbərdə qeyd olunub ki, Çinin Ukrayna məsələsində mövqeyi barədə Putinə məlumat verən Si Cinpin hər hansı ciddi problemin həllinin yalnız simptomları yox, həm də əsas səbəbi aradan qaldırmalı olduğunu söyləyib.
O, Çinin Rusiya və Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və Ukrayna məsələsinin tezliklə siyasi həllinə kömək etmək üçün bütün variantların ədalətli müzakirəsi ilə beynəlxalq sülh konfransının çağırılmasını dəstəklədiyini bir daha vurğulayıb.