“Pekin iştirak şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib”
Çin digər hökumətlərə bildirib ki, Ukrayna ilə bağlı İsveçrə konfransında iştirak etməyəcək. Çünki konfransda Rusiyanın iştirak etməməsi Pekinin şərtlərinə cavab vermir. AYNA xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
“Çin gələn ay İsveçrədə keçiriləcək Ukrayna sülh konfransında iştirak etməyəcəyini təsdiqləyib. Pekin iştirak şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib”, - dörd mənbə bildirib.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna münaqişəsinin həlli üzrə sammit keçiriləcək. Neytral İsveçrə hökuməti dünyanın müxtəlif yerlərindən çoxlu sayda insanın sammitdə iştirakını təmin etməyə hazırdır. İştirak etmək üçün 160 ölkədən nümayəndə heyəti dəvət olunub. Rusiya onların arasında deyil.