Ölənlərin sayının 106, koronavirusa yoluxanların ümumi sayının isə 4500-ə yüksəldiyi deyilib
Son məlumatlara görə, Çində 60 milyon insanın koronavirus səbəbi ilə karantinə alınıb.
AYNA xarici mətbuta istinadən xəbər verir ki, məhz virus səbəbindən Çin ordusu Vuhan şəhərini mühasirəyə alıb.
Şəhərdən çıxmaq istəyənlərin güllələndiyi, həmçinin Pekin administrasiyasının Vuhan şəhərini məhv etməyi planlaşdırdığı da iddia edilir.
Digər tərəfdən, Çin dövlətinin yeni açıqlamasında ölənlərin sayının 106, koronavirusa yoluxanların ümumi sayının isə 4500-ə yüksəldiyi deyilib.
Vuhan şəhərindən mətbuata sızan bir səs yazısında isə şəhərdə virusa yoluxanların sayının 100 min, ölənlərin isə 2744 nəfər olduğu qeyd olunub.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində ortaya çıxan və mənşəyi bilinməyən virus, artıq 10-dan çox ölkədə qeydə alınıb.