Rəsmi Vaşinqton və Pekin arasında gərginlik daha da artacaq
Koronavirusu dünaya yayan Çin haqqında iddialar yenə də ABŞ-dan gəlib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, irəli sürülən ittihama görə, Çin virusdan xəbər tutduqdan sonra Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) hədələyib. ABŞ-ın Mərkəzi Təhlükəsizlik Agentliyinin (CİA) iddiasına görə, Çin ÜST-ə virusla bağlı təcili vəziyyət elan etməməsini tövsiyə edərək, onu tibbi ləvəzimatlarla təmin etməyəcəyi ilə hədələyib.
Bu barədə ABŞ mərkəzli “Newsweek” dərgisində hesabat çap olunub. Məlumatda qeyd olunur ki, bu sövdələşmə koronavirusun meydana çıxdığı ötən ilin sonu, dekabrda baş verib. Elə bundan sonra Çin ABŞ və başqa ölkələrə virusdan qoruyucu vasitələr, geyim və başqa vasitələri ixrac etməyi dayandırıb. Hesabatda proqnoz verilir ki, son araşdırmadan sonra rəsmi Vaşinqton və Pekin arasında gərginlik daha da artacaq.
Xatırladaq ki, bir müddət əvvəl Almaniya Təhlükəsizlik Xidmətinin də yaydığı xəbərdə, bu cür iddialar yer almışdı. Hətta məlumata görə, virusla bağlı vəziyyət məlum olanda Çin lideri Şi Kinping ÜST direktoru Tedros Adhanom Ghebreyesusa zəng edərək təzyiq göstəribmiş.