Çin Filippini təxribatda ittiham etdi

Dünya

10.12.2023 - 21:24

“Dörd Filippin gəmisindən ibarət qrup Spratli sularına qanunsuz daxil olub”

Çinin Dəniz Polisi Departamenti Filippin gəmisinin qəsdən sahil mühafizə gəmisi ilə toqquşduğunu bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Departamentin bəyanatında qeyd olunub ki, onlar bu ölkədən gələn gəmilərə tətbiq edilən tədbirləri qanuni adlandırıblar.

Çin qeyd edib ki, dörd Filippin gəmisindən ibarət qrup Renai rifi yaxınlığındakı Spratli (Cənubi Çin dənizindəki mübahisəli adalar) sularına qanunsuz daxil olub və qanuni nəzarət tədbirlərinə məruz qalıblar.

Filippin gəmilərindən birinin təhlükəli manevrlər metdiyi də qeyd olunub.

Filippin səlahiyyətliləri daha əvvəl balıqçılara yemək aparan gəmilərə qarşı su şırnaqlarından istifadə edildiyini, həmçinin Çin qayıqlarını təhlükəli manevrlərlə ittiham ediblər.

Müəllif: Ayna.az