Çimərlikdə təhlükəylə üzləşən beş nəfər xilas edilib

Hadisə

23.08.2021 - 07:46

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

 

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mərdəkan", “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 5 nəfər batma təhlükəsi ilə üzləşib. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

 

Qeyd edilib ki, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.

Müəllif: Ayna.az