Mərhum ölməmişdən əvvəl yoldaşına zəng edərək ürəyi ağrıdığını bildirib
İkinci Mahmud təxəllüsü ilə tanınan yazıçı Mahmud Atakişiyev vəfat edib. AYNA xəbər verir ki, Mahmud Atakişiyev bu gün yaşadığı Xətai rayonunda yerləşən evində ölü tapılıb.
Yazıçının dostu Ömər Mazanov açıqlamasında bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.