Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

Xəbərlər

20.01.2026 - 16:28

Nazirlər Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a verilən məlumata görə, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş