Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşüb

Xəbərlər

23.09.2025 - 09:42

XİN başçısı almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan normallaşması prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş