Nazir səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu, XİN başçısı olaraq C.Bayramovun ilk xarici səfəridir.