Cevdet Yılmaz Azərbaycana gəlib - FOTOLAR

Xəbərlər

22.12.2025 - 12:57

Türkiyənin vitse-prezidenti Zəfər abidəsini ziyarət edib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfər edib.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanda səfərdə olan Cevdet Yılmaz Zəfər abidəsini ziyarət edib. Ziyarət zamanı abidənin önünə çələng qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edilib.

Cevdet Yılmaz Azərbaycana gəlib - Cevdet Yılmaz Azərbaycana gəlib - Cevdet Yılmaz Azərbaycana gəlib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş