Keçmiş dövlət başçısı 2024-cü ildə dövlət çevrilişinə rəhbərlik etməkdə günahkar bilinib
Cənubi Koreya məhkəməsi ölkənin keçmiş Prezidenti Yun Sok-yolu ömürlük həbs cəzasına məhkum edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Keçmiş dövlət başçısı 2024-cü ildə dövlət çevrilişinə rəhbərlik etməkdə günahkar bilinib.
Məhkəmə qərarında deyilir: "Yun Sok-yola qarşı dövlət çevrilişinə rəhbərlik etmək ittihamı əsaslı hesab edilib".
Keçmiş Prezident keçmiş müdafiə naziri və digərləri ilə birlikdə iğtişaşlar təşkil etmək və konstitusiyanı pozmaq üçün sui-qəsddə ittiham olunub. İttiham tərəfinin sözlərinə görə, o müharibə və ya digər fövqəladə hallar olmadığı halda qanunsuz olaraq hərbi vəziyyət elan edib.