Çen In: “Rusiya ilə Şimali Koreya arasında münasibətlər yeni dövrünə qədəm qoyub”

Dünya

19.06.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

“Moskva ilə Pxenyan arasında alovlu dostluğun monolit şəkildə möhkəmlənəcəyinə əminəm”

“Rusiya ilə Şimali Koreya arasında münasibətlər yeni çiçəklənmə dövrünə qədəm qoyur”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əvvəlində deyib.

“Rusiya ilə KXDR arasında münasibətlər yeni yüksək tərəqqi dövrünə qədəm qoyur. Bunu Koreya-Sovet münasibətləri dövrü ilə müqayisə etmək mümkün deyil”, - Şimali Koreya lideri qeyd edib.

O, “Moskva ilə Pxenyan arasında alovlu dostluğun monolit şəkildə möhkəmlənəcəyinə” əminliyini vurğulayıb.

Kim Çen In Pxenyanın adi sakinlərinin Putini “həvəslə” qarşıladıqlarına da diqqət çəkib. Onun fikrincə, bu, “iki ölkə arasında münasibətlərin səviyyəsinin bariz nümunəsidir”.

Bundan əvvəl Vladimir Putin Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığa dair yeni fundamental sənədin hazırlandığını və bu sənədin iki dövlət arasında gələcək bir neçə il üçün münasibətlərini müəyyən edəcəyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş