Cəbhədə atışma gedir, hər iki tərəfdən itki var

Xəbərlər

12.07.2020 - 16:51

Müdafiə Nazirliyi: Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

 

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hər iki tərəfdən itki var.

 

“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.

Müəllif: Ayna.az