Nazirlər iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı baş tutub.
Bu barədə AYNA Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, Çavuşoğlu Koeni yeni təyinatı münasibətilə təbrik edib.
Nazirlər iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son 4 ildə ilk dəfə İsrail səfirinin etimadnaməsini qəbul edib.