CAR-da atışmada 7 nəfər ölüb

Dünya

04.06.2023 - 08:35

Yeddi zərərçəkən yerindəcə ölüb

Cənubi Afrika Respublikasının (CAR) Umlazi şəhərindəki “Glebelands” hostelində atışma nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

AYNA-nın məlumatına görə, bu barədə yerli Enca telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, 20-40 yaşlarında olan 9 kişi hosteldə spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər peyda olub və onlara atəş açmağa başlayıb. Hadisəni törədənlər daha sonra hadisə yerindən qaçıblar.

"Yeddi zərərçəkən yerindəcə ölüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - polisdən bildirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Müəllif: Ayna.az