Caparov Rusiyanı Qırğızıstanın strateji müttəfiqi adlandırıb

Dünya

13.01.2021 - 12:01

“Bizi Rusiya ilə çox uzun bir tarix bağlayır”

 

Prezident seçkilərində qalib gələn Sadır Caparov Rusiyanın Qırğızıstanın strateji tərəfdaşı olduğunu söyləyib. AYNA xəbər verir ki, yeni Prezident qeyd edib ki, Rusiya onlar üçün, Qırğızıstan üçün yalnız strateji tərəfdaş və müttəfiq deyil.

 

“Bizi Rusiya ilə çox uzun bir tarix bağlayır. İqtisadi və siyasi baxımdan Rusiya Qırğızıstanın əsas müttəfiqi və tərəfdaşıdır”, Caparov vurğulayıb.

 

O, əlavə edib ki, Qırğızıstanda rus dili rəsmi statusa sahib idi və rəsmi status davam edəcək.

 

Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı rəsmi rəqəmlərə görə, S.Caparov Qırğızıstanda keçirilən prezident seçkilərində qalib gəlib.

Müəllif: Ayna.az