Bursada ağır yol qəzasında 8 nəfər yaralanıb

Dünya

23.02.2024 - 08:00

cedabet dərman SEO Xidməti

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda xidməti mikroavtobusla yolsuzluq avtomobilinin toqquşması səkkiz nəfərin yaralanması ilə nəticələnib.

AYNA “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, avtomobillərin çırpılması şiddətindən mikroavtobus tramvay xəttinə girib. Qəzada hər bir nəqliyyat vasitəsində dörd nəfər yaralanıb.

İlkin məlumata görə, yaralıların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş