Bu ölkə ÜST rəsmilərini qovdu

Dünya

14.05.2020 - 12:26

cedabet Klinikalar SEO Xidməti

Onlara ölkəni 48 saat ərzində tərk etmək xəbərdarlığı olunub

 

Burundi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsini və digər üç tibb mütəxəssisini ölkəsindən qovub. AYNA BBC-yə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin imzalanmamış məktubu ÜST nümayəndəsi Valter Kazadiyə təqdim olunub və onlara ölkəni 48 saat ərzində tərk etmək xəbərdarlığı olunub. Daha 3 ÜST əməkdaşı professor Tarzy Daniel, həkim Ruhana Mirindi Bisimva və həkim Jon Pierre Murundadır.

 

Maraqlısı ondadır ki, BBC-nin sualını cavablandıran Burundi Xarici İşlər naziri Ezeçiel Nibigira telefon danışığında məktubu nə inkar edib, nə də təsdiq. Amma sənədlə bağlı məlumat nazirlikdəki bir mənbə tərəfindən təsdiqlənib. ÜST rəsmilərinin ölkədən qovulma səbəbinə isə aydınlıq gətirilməyib.

 

Qeyd edək ki, ölkənin ÜST-lə mübahisənin səbəbi var. Belə ki, Burundi hökuməti koronavirus pandemiyası dövründə prezident seçkilərinin təşkili ilə bağlı ÜST tənqidlərilə üzləşir. Prezidentliyə namizədlərin təşviqat mitinqləri 20 may seçkisi öncəsi ölkə daxilində olacaq və virusla bağlı heç bir tədbir görülmür. Ölkədə yoluxma sayının artması riski isə böyükdür.

 

Çərşənbə günü edilən bir mətbuat brifinqində Beynəlxalq Böhran Qrupu, Burundi hökumətinin ölkədəki pandemiya ilə bağlı vəziyyəti açıqlamağı rədd etdiyini xatırladıb.  Burundidə bu günə qədər virusla bağlı 15 ölüm qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş