Bu küçələrdə üç gün hərəkət məhdudlaşdırılır

Cəmiyyət

09.06.2021 - 23:27

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb 

 

Üç gün – iyunun 10, 11 və 12-də Bakının Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

 

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək, avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş