Naxçıvana gedən avtobuslar bundan sonra yoxlanılmayacaq

Cəmiyyət

25.07.2019 - 03:31

Avtobuslar ünvana daha tez çatacaq

 

Naxçıvana gedən sərnişin avtobusları İran ərazisində yoxlamadan keçməyəcək. AYNA xəbər verir ki, İran və Azərbaycan gömrük qulluqçularının razılaşmasına əsasən Bakı-Naxçıvan-Bakı istiqamətində hərəkət edən marşurut avtobusları getdiyi məntəqəyə daha tez çatacaq. Onlara qraşı tətbiq edilən yoxlama proseduru azaldılacaq.

 

Əvvəllər hər iki ölkə gömrüyündə iki dəfə yoxlanılan avtobuslar bundan sonra daha rahatlıqla sərhəddən keçə biləcəklər. Xüsusən axşam reyslərində sərnişinlərin çantasına qədər yoxlanılan avtobuslarda yol getmək insanları narahat edirdi. Dəfələrlə dövlət səviyyəsində qaldırılan problem nəhayət ki, iyul ayının 24-dən etibarən həllini tapıb. 

 

 

Müəllif: Ayna.az