Bu gündən MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlanır

Xəbərlər

31.07.2024 - 08:28

cedabet dərman SEO Xidməti

İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil İnstitutundan AYNA-ya bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqust 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda onun müsabiqənin növbəti vakansiya seçimində iştirakı təmin olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş