Bu gün dünya liderləri virtual şəkildə toplanırlar

Dünya

19.02.2021 - 13:47

Münhen Təhlükəsizlik Konfransının xüsusi sessiyası keçiriləcək

 

Bu gün Münhen Təhlükəsizlik Konfransının xüsusi sessiyası keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, virtual şəkildə keçiriləcək sessiyada ABŞ və Fransa prezidentləri Cozef Bayden və Emmanuel Makron, Almaniya və Böyük Britaniyanın hökumət başçıları Angela Merkel və Boris Conson iştirak edəcəklər.

 

Tədbirə, həmçinin BMT-nin Baş katibi, NATO-nun Baş katibi, Avropa Komissiyasının sədri, Avropa İttifaqı Şurasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, ABŞ-ın iqlim məsələləri üzrə komissarı Con Kerri və milyarder Bill Geyts qatılacaqlar.

 

Sessiyada Transatlantik əməkdaşlığı, qlobal çağırışlarla bağlı məsələlər müzakirə olunacaq.

Müəllif: Ayna.az