Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

İdman

30.05.2026 - 17:12

Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gələcəklər

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçiriləcək. AYNA.AZ xəbər verir ki, görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gələcəklər.

Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, yarımfinalda PSJ Almaniyanın “Bavariya” klubunu, “Arsenal” isə İspaniyanın “Atletiko Madrid” komandasını mübarizədən kənarlaşdırıb. Paris klubu turnirin son qalibidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş