Fransa Liqa1-də XI tura yekun vurulub
Turun son günündə üç matç keçirilib. AYNA APA-ya istinadən xəbər verir ki, 4 qolun vurulduğu “Sent-Etyenn” – “Amyen” görüşündə heç-heçə qeydə alınıb. “Renn” “Tuluza”nı son dəqiqələrdəki qol sayəsində məğlub edib.
Çempionatın lideri PSJ “Marsel”lə qarşılaşıb. Paytaxt təmsilçisi çətinlik çəkmədən qələbə qazanıb.
Qeyd edək ki, növbəti turun oyunları noyabrın 1-4-də keçiriləcək.
Fransa Liqa1
XI tur
27 oktyabr
“Renn” – “Tuluza” – 3:2
Nyanq, 3, Hunou, 6, Qboho, 90 – Dossevi, 41, Qradel, 84
“Sent-Etyenn” – “Amyen” – 2:2
Xazri, 45, Dibassi, 80 (avtoqol) – Mendoza, 68, Akolo, 76
PSJ – “Marsel” – 4:0
İkardi, 10, 26, Mbappe, 32, 44