Bu gecə bəzi küçələr bağlanacaq

Xəbərlər

23.07.2020 - 19:21

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

 

Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən paytaxtın Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

 

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Müəllif: Ayna.az