Bakıda xəstəxana binası yanıb

Hadisə

16.08.2019 - 02:49

Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında başlayan yanğın bir neçə palataya da keçib. AYNA APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.
 
Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə edilib. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
 
İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ayna.az