Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

20.02.2021 - 02:47

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 12 027 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 095 269 nəfərə çatıb.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

 

Son sutka ərzində 533 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 119 920 nəfərə çatıb.

Müəllif: Ayna.az