Koronavirusa yoluxanların sayı artmaqda davam edir
Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 12 872 nəfər artıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəlki rekord (7 143 yoluxma halı) sentyabrın 29-da qeydə alınmışdı.
Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 49 nəfər COVID-19-un qurbanı olub.
Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 480 mindən çox insan koronavirusa yoluxub, 42 mindən çox xəstə isə vəfat edib.