Britaniya səfiri İran XİN-ə çağırılıb

Dünya

10.08.2023 - 03:15

Səfir İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid edib

Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xəbər verir ki, Nazirliyin Qərbi Avropa İdarəsinin rəisi səfirə 8 avqust – Jurnalistlər Gününə dair “Twitter“ paylaşımı ilə bağlı etirazını bildirib.

Qeyd edək ki, səfir “Twitter“ paylaşımında İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid edib.

Xatırladaq ki, İranda 8 avqust - Jurnalistlər Günü kimi qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş