Rusiyanın 92 fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiya tətbiq edilib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 92 fiziki və hüquqi şəxsi də daxil etmək üçün genişləndirib. AYNA xəbər verir ki, bu barədə Birləşmiş krallığın Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
Sanksiyaya məruz qalanlar arasında “Rosatom”, “Qazprom”, “Rostec” dövlət korporasiyaları və “Almaz-Antey” konserni ilə əlaqəli onlarla rusiyalı da var.
Bundan əlavə, məhdudiyyətlər Tula vilayətinin qubernatoru Aleksey Dyumin, hökumətin keçmiş sədr müavini Dmitri Kozak Alekseyin oğlu, rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev, idmançı Alina Kabayevanı əhatə edib.
Qeyd edək ki, fevralın 23-də məlum olub ki, Avropa İttifaqının Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilinməyib. Təşkilatın üzvü olan ölkələr arasında bir sıra həll olunmamış məsələlər qalmaqdadır. Məhdudiyyətlərlə bağlı danışıqlar bu gün bərpa olunacaq.