Britaniya İsrailin London DSEI silah sərgisində iştirakına qadağa qoyub

Dünya

29.08.2025 - 16:49

"İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatı gücləndirmək qərarı yanlışdır”

Böyük Britaniya hakimiyyəti İsrail iştirakçılarına Qəzza zolağındakı vəziyyətlə bağlı Londonda keçirilən DSEI-nin böyük silah sərgisində iştirakını qadağan edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, "İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatı gücləndirmək qərarı yanlışdır. Buna görə də İsraildən heç bir nümayəndə heyətinin dəvət olunmayacağını təsdiqləyə bilərik".

Qəzetin mənbələri əlavə edib ki, qadağa yalnız İsrail hökumətinin Qəzza zolağında və digər mübahisəli ərazilərdə beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirəcəyi təqdirdə ləğv edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş