Təşkilatın bütün ərizəçiləri Cənubi Afrikaya sammitə dəvət olunublar
Cənubi Afrika Respublikasında keçiriləcək BRİKS sammitinə təşkilata müraciət edən ölkələrin bütün nümayəndələri dəvət olunub . AYNA xəbər verir ki, bu barədə TASS-ın Cənubi Afrikadakı diplomatik mənbəsi bildirib.
"BRICS-ə üzv olmaq üçün müraciət edən bütün ölkələr dəvət olunub, onların sayı 20-yə yaxındır. Hələlik dəqiq rəqəm deyə bilmərik. Amma bu, böyük sammit olacaq", - mənbə qeyd edib.
Diplomatik mənbə Afrika dövlət başçılarının da sammitə dəvət olunduğunu təsdiqləyib.
İyunun sonunda İran və Argentinanın da BRİKS-ə üzv olmaq istədiyi açıqlanıb və potensial üzvlərin siyahısı genişləndirilib. BRİKS-ə beş ölkə - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2006-cı ildə ilk dördünün əməkdaşlığı əsasında yaranıb, 2011-ci ildə isə Afrika dövləti ona qoşulub. BRİKS-in məqsədi siyasi, iqtisadi və beynəlxalq səviyyədə hərtərəfli tərəfdaşlıqdır.