Ağır yol qəzasının səbəbləri hələ məlum deyil
Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşması azı 25 nəfər həlak olub.
AYNA xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.
Məlumata görə, həlak olanlardan 3-ü yük maşınının, 22-i isə avtobusun sərnişinləridir. Ölənlər arasında uşaqlar və hamilə qadınlar da var.
Daha 5 nəfərin yaralandığı deyilir. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
Portalın məlumatına görə, avtobus sərnişinləri okeana səyahətdən qayıdırmışlar. Şəhərdə üç günlük matəm elan edilib.