Braziliyada güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Dünya

21.02.2023 - 22:57

cedabet dərman SEO Xidməti

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

AYNA xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb.

Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Yağışların fəsadları ilə mübarizəyə hərbçilər də cəlb olunub.

Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş