Braziliyada COVID-19-dan ölənlərin sayı 200 mini keçib

Dünya

08.01.2021 - 08:12

Pandemiyadan dünyasını dəyişənlərin sayı 200 498 nəfərə çatıb

 

Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı durmadan artır. Bu barədə AYNA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd olunub ki, təkcə son bir gün ərzində 1 524 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 200 498 nəfərə çatıb.

 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 961 673 nəfərə çatıb, son 24 saat ərzində 87 843 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 096 931 pasiyent sağalıb, aktiv xəstə sayı isə 664 244 nəfərdir.

Müəllif: Ayna.az